525.Az

ABŞ sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir


 

ABŞ sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir<b style="color:red"></b> ABŞ 2020-ci ilə qədər sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir.
 
“APA-Economics” xəbər verir ki, bu barədə məlumat “Ağ Ev”in saytında yer alıb.
 
Məlumata görə, 2016-cı ildən 2040-cı ilə qədər ABŞ təbii qazının satışından federal büdcənin gəlirlərini 118 mlrd. dollara qədər artıra bilər.
 
“ABŞ-ın “qaz inqilabı” sıxılmış təbii qaz ixracatçısı kimi ölkəmizin qlobal oyunçuya çevrilməsinə gətirib çıxaracaq”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, 1953-cü ildən indiyədək ABŞ təbii qazın xalis idxalçısı olub.
 
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin aprelin 28-də sələfi Barak Obamanın şelfdə şelfində mineral ehtiyatların hasilatının, Atlantik, Sakit okeanlarında və Meksika körfəzində neft və qaz hasilatı genişləndirilməsinin məhdudlaşdırılması ilə bağlı fərmanını ləğv edib.
 
Sənəd təxminən 7 mln. kvadrat kilometr ərazidə hasilat işlərinə başlamağa icazə verir. Bu ərazilərdə 90 mlrd. barrel neft və 9 trln. kubmetr qaz ehtiyatının olduğu güman edilir.
 





28.06.2017    çap et  çap et