525.Az

Ərdoğan ABŞ- səfər edib


 

Ərdoğan ABŞ- səfər edib<b style="color:red"></b>

Ərdoğan səfəri zamanı yüksək səviyyəli protokolla qarşılanacaq.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə baş nazirinin prezident Obama ilə görüşündə Suriyadakı vətəndaş müharibəsi və iqtisadi əlaqələr müzakirə mövzusu olacaq. Danışıqların ən isti mövzusunu isə Hatay vilayətinin Reyhanlı qəsəbəsində törədilən terror aktı təşkil edəcək.

Əsəd rejiminin dinc əhaliyə zülmü və vətəndaşlara qarşı kimyəvi silah istifadə edildiyinə dair iddialar da danışıqların gündəmində öz yerini tutacaq. Terror probleminin həlli, İrana embarqolar, nüvə enerjisi məsələləri də müzakirə mövzusu olacaq.

Kritik səfər zamanı iqtisadi mövzular da ön planda olacaq. Baş nazirə öz sektorlarında lider mövqeyində olan yüzə yaxın iş adamı da müşayiət edir. Ərdoğan ABŞ-ın nəhəng şirkətlərini Türkiyəyə sərmayə qoymağa çağıracaq.

Səfər çərçivəsində San-Fransiskoya getməsi də nəzərdə tutulan Ərdoğan Silikon vadisində bəzi quruluşları gəzəcək.

 





15.05.2013    çap et  çap et