525.Az

Nokia yeni smartfon təqdim etdi


 

Nokia yeni smartfon təqdim etdi<b style="color:red"></b> Finlandiyanın Nokia şirkəti Londonda Windows Phone 8 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qabaqcıl Nokia Lumia 925 smartfon modelini təqdim edib.
 
Lumia 925-in ekranı AMOLED texnologiyası əsasında hazırlanıb, halbuki bundan əvvəl buraxılan Lumia 920 modeli maye-kristal displeylə təchiz edilmişdi. Ekranın diaqonalı, təsvir ölçüsü və funksional həll qabiliyyəti əvvəlki kimi qalıb (müvafiq olaraq 4,5 düym, 1280x768, 331ppi).
 
Cnews-un məlumatına görə, yeni modeldə quraşdırılmış fləş yaddaşın tutumu iki dəfə azaldılaraq 12 giqabaytadək çatdırılıb, lakin bəzi operatorlar müştərilərinə 32 giqabayt yaddaşlı variantı təklif etməkdə davam edəcəklər.
 
Nokia Lumia 925 modeli Lumia 920 (PureView texnologiyalı ilk smartfon) kimi PureView texnologiyalı 8,7 meqapikselli kamera ilə təchiz edilib. Təsvir ölçüsünün əvvəlki kimi qalmasına baxmayaraq, şirkət nümayəndələri çəkilişin keyfiyyətinin artırıldığını bildirirlər. Bundan başqa, Nokia təmsilçiləri Lumia 925-in istənilən digər smartfonlarla müqayisədə işıqlandırmanın zəif olması şəraitində fotoşəkillərin daha yaxşı keyfiyyətdə çəkilməsini qeyd edirlər.
 
Yeni qurğu 1,5 giqahers takt tezlikli ikinüvəli Snapdragon prosessor və 1 giqabayt tutumlu operativ yaddaşla təchiz edilib, həmçinin videoçəkiliş Full HD formatında dəstəklənir. Bununla yanaşı, simsiz enerji toplama da mümkündür, lakin bunun üçün smartfona əlavə üzlük alınmalıdır.
 
Smartfonun avtonom rejimdə qeyd edilən iş vaxtı 3G şəbəkəsində danışma rejimində 12,8 saat, gözləmə rejimində 440 saatadək, videonun göstərilməsi və ya musiqinin səsləndirilməsi rejimində müvafiq olaraq 6,6 və 55 saatadək təşkil edir.
 
Qurğunun Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya və Çində satışlarına iyunda başlanılması planlaşdırılır. Avropada smartfonun qiyməti vergilər nəzərə alınmadan 469 avro təşkil edəcək.
 





15.05.2013    çap et  çap et