525.Az

Qadınları kişilərdən fərqləndirən 10 xüsusiyyət


 

Qadınları kişilərdən fərqləndirən 10 xüsusiyyət<b style="color:red"></b>

“Gizli və sirr dolu” adlandırılan qadınları kişilərdən fərqləndirən və elmi yolla sübut edilmiş daha bir neçə xüsusiyyət də var.

Axşam.az həmin 10 fərqli xüsusiyyəti təqdim edir:

1. Qadının yaddaşı heç nəyi unutmur:

Qadınların beyninin kişilərə nisbətən daha çox hadisəni qavradığı və onları daha tez xatırladığı sübut olunub.

2. Qadınlar çox danışır:

Araşdırmalar sübut edib ki, qadınların gündəlik istifadə etdikləri söz sayı kişilərdəkindən 2 dəfə çoxdur. Bu isə onların istənilən mhitə daha tez adaptasiya olunmalarına şərait yaradır.

3. Qadınların qəlbi daha tez qırılır:

Adətən stress və kədərlənməyin yaratdığı qəlb qırılması xəstəliyi qadınlarda daha çox müşahidə edilir. Qadınların ürək damarları daha incə və büzüşməyə meyilli olduğundan zədələnmiş damarları müalicə etmək daha çətin olur və infarkt keçirən qadınların ölüm riski kişilərə nisbətən yüksək olur.

4. Qadınlar infarkta qarşı daha dözümlüdürlər:

Qadınlar kişilərə nisbətən daha az infarkt keçirirlər. bunun səbəbləri kimi isə qadın hormonlarının qoruyucu təsiri, siqaret, spirtli içki kimi zərərli vərdişlərdən adətən uzaq olamaları göstərilir.

5. Ağrıya dözümləri yüksəkdir:

Xüsusən qadınların doğuş sancılarına dözüm qabiliyyəti onlara xas üstünlükdür. Kişilərin oxşar ağrılara dözüm qabiliyyəti olduqca aşağıdır.

6. Hormonlar asılılıqdan qoruyur:

Qadınların spirtli içki aludəçiliyi kişilərə nisbətən aşağıdır. Siqaret çəkən qadınlarda asılılığın az olması da hormonlardan asılıdır.

7. Qadınların bədən quruluşu daha elastikdir:

Qadınlar kişilərə nisbətən bədənlərinin daha elastik olması səbəbindən doğuş prosesini problemsiz həyata keçirə bilirlər.

8. Qadınların burnu daha çox qoxu hiss edir:
 
Qoxuları bir-birindən ayırd etməkdə kişilər qadınlardan çox geridir. Buna isə qadın burnundakı xüsusi hüceyrələr səbəb olur. Qadınların ətirlərə olan heyranlığı da bununla izah edilə bilər.

9. Qadınların bel nahiyyəsində piylənmə daha azdır:

Qadınlar bel nahiyyəsində yağlanmaya daha az meyillidir.

10. Daha çox yaşayırlar:
 
Qadınlar kişilərdən təxminən 5 il daha çox yaşayırlar. Buna səbəb kimi qadınların ürək-damar xəstəliklərinə daha az tutulması, sosial münasibətlərinin kişilərə nisbətən daha sağlam olması və özlərinə daha çox qulluq etmələri göstərilir.

 





30.06.2017    çap et  çap et