525.Az

Azərbaycan diasporuna ağır itki üz verib


 

Azərbaycan diasporuna ağır itki üz verib<b style="color:red"></b> Ukraynadakı Azərbaycan diasporuna ağır itki üz verib.
 
Ukraynada yaşayan tanınmış alim, tibb elmləri doktoru , akademik Şamil Topçiyev vəfat edib. Bu barədə Modern.az-a Krımdakı Azərbaycan diasporunun rəhbəri Rəhim Hümbətov məlumat verib.

Şamil Topçiyev Bakıda doğulub, ali təhsil alıb, bütün həkimlik fəailiyyətini vərəm xəstəliyilə mübarizəyə həsr edib. Görkəmli alimin rəhbərliyi altında bir çox mütəxəssislər yetişib. Dünya miqyasında tanınan alim 150-dən  çox elmi işin müəllifidir.

Akademik Şamil Topçiyev Ukraynanın yay paytaxtı sayılan Yaltada yaşayırdı.
 





15.05.2013    çap et  çap et