525.Az

Rusiyada təyyarə qəzaya uğradı


 

Rusiyada təyyarə qəzaya uğradı<b style="color:red"></b> An-2 təyyarəsi Rusiyanın Stavropol vilayətində qəzaya uğrayıb.

İlkin məlumatlara görə, bir nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "RİA Novosti" agentliyinə telefon vasitəsilə regionun hüquq-mühafizə orqanlarındakı olan mənbə bildirib.

Mənbənin məlumatına görə, təyyarənin göyərtəsində iki nəfərin olduğu ehtimal olunur. "Onlardan biri ölüb, ikincinin taleyi barədə isə məlumat yoxdur".

Onun sözlərinə görə, An-2 sahələrin tozlanması ilə məşğul olub və Novoselsk rayonunun Çernoselsk yaşayış məntəqəsi ərazisində qəzaya uğrayıb.
 





15.05.2013    çap et  çap et