525.Az

Zaqatalada İslam həmrəyliyi ilə bağlı tədbir - Fotolar


 

Zaqatalada İslam həmrəyliyi ilə bağlı tədbir - <b style="color:red">Fotolar </b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirləri uğurla davam etdirməkdədir.

Birlikdən 525.az-a verilən məlumata görə, “Yeni Üfüq” növbəti tədbirini Zaqalata şəhərinin Əliabad qəsəbəsində keçirib. 3 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir: “Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır.

Ölkəmizdə dini və milli dözümlülüyün qorunması Azərbaycan dövlətinin ən böyük uğurudur”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi hər bir ölkə vətəndaşı üçün çox sevindirici hadisədir: “Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Bu gün bütün dünyada Azərbaycan İslam həmrəyliyinin ənənəvi siyasətinin çox yaxşı modeli yaranmaqdadır. Unutmamalıyıq ki, ölkəmizdə İslam həmrəylinin qorunması milli təhlükəsizliyimizin də mühafizə olunması deməkdir”.

Tədbirdə C.Əzimbəyli aprel şəhidlərini, eyni zamanda Zaqataladan olan Sərxan Bayramovu duaları ilə yad edib.

Tədbirdə DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə, 3 saylı tam orta məktəbin direktoru Natavan Məmmədova, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

 





03.07.2017    çap et  çap et