525.Az

Bakı Uşaq Teatrı Türkiyədədir


 

Bakı Uşaq Teatrı Türkiyədədir<b style="color:red"></b>

Bakı Uşaq Teatrı Türkiyə Respublikasının  Ərzurum şəhərindədir

13-27 may tarixlərində Ərzurum şəhərində  keçirilən “5.Uluslararası Gençlik Tiyatro Festivalı”na dəvət alan teatr 14 may saat 19:30-da Ərzurum Dövlət Teatrında Abdulla Şaiqin Əsəri əsasında İntiqam Soltanın və Hacıbaba Məmmədovun quruluşunda “Əşxas” tamaşası ilə çıxış edib. Gürcüstan, İran , Bolqarıstanvə və sş teatr kolektivlərinin qatıldığı festivalda Azərbaycan adından çıxış edən Bakı Uşaq Teatrının tamaşası çox uğurla nümayiş olunub. Tamaşa eksperimental üslubda hazırlanıb.

İnsanlıq obrazında verilmiş Ana surəti “xəstə” yatan övladı İdealın məhv olmasına dözə bilmir, fəryad edir. İdealı əhatə edən qara qüvvələr Zülm, Şeytan , Fəlakət və Vicdan, Ədalət, Mərhəmət, Səadət arasında kəskin mübarizə gedir. Rəqslər üzərində qurulan tamaşada simfonik musiqi və canlı muğam ifasından istifadə olunub. 

Tamaşanın musiqi tərtibatçısı Rauf Hüseynli, rəssamı Sevda Məmmədova və Vüsal Rəhimdir.

GÜNEL

 





15.05.2013    çap et  çap et