525.Az

Mark Zükerberq Medvedyevlə görüşdü (FOTOLAR)


 

Mark Zükerberq Medvedyevlə görüşdü<b style="color:red"> (FOTOLAR)</b> Rusiyanın baş naziri Dmitri Medvedyev "Facebook" sosial şəbəkəsinin təsisçilərindən olan Mark Zükerberqi Rusiyada qonaq edib.

525.az-ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, Zükerberq qeyd edib ki, indiyə qədər Rusiyada olmadığı üçün bura gəlmək onun üçün çox maraqlıdır.

Söhbət zamanı Medvedyev zarafat edərək, Obamanın prezident seçiləcəyinə əmin olduğunu bildirib. O, "çünki sosial şəbəkələrdə Obamanın izləyiciləri Roomneydən çoxdur"-deyib. Mark Zükerberq "facebook"u məktəb və universitetlər yoldaşlarıyla əlaqə saxlamaq üçün yaratdığını bildirib. "Heç vaxt düşünməzdim ki, bu sosial şəbəkə siyasətdə vacib rol oyanaya bilər".

Sonda Mark Medvedyevə üzərində onun "facebook" adresi yazılmış köynək hədiyyə edib.
 





01.10.2012    çap et  çap et