525.Az

“Günümüzün ustad aşıqları” təqdim edildi - Fotolar


 

“Günümüzün ustad aşıqları” təqdim edildi - <b style="color:red">Fotolar</b>

İyulun 5-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Milli Kitabxanası “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunan 9 adda kitabın təqdimat mərasimini keçirib.

Tədbiri Kitabxana direktoru Kərim Tahirov açaraq Aşıqlar Birliyi ilə keçirilən tədbirlərdən danışıb.

Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı 2016-cı ilin sonlarında start verilmiş bu layihə haqqında ətraflı danışıb.

Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev “Günümüzün ustad aşıqları” layihəsinin səmərəsindən söz açaraq, bu kitabların hər birinin ustad aşıqlar haqqında tədqiqat əsəri olduğunu söyləyib.

Tanınmış aşıqlardan İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Quliyeva kitabların çap olunmasında əməyi keçən hər kəsə təşəkkür edib, bu layihədə hər ustada fərdi yanaşıldığını, kitabların tədqiqatçılar üçün gərəkli vəsait olacağını söyləyiblər.

Tədbirdə ustad aşıqların ifasında aşıq havaları səsləndirilib.

Aşıq ədəbiyyatını özündə əks etdirən kitablardan ibarət sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 





05.07.2017    çap et  çap et