525.Az

Azərbaycanda yaxın 50 ildə zəlzələ baş verəcək zonaların adı açıqlanıb


 

Azərbaycanda yaxın 50 ildə zəlzələ baş verəcək zonaların adı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda yaxın 50 ildə zəlzələ baş verəcək zonaların adı açıqlanıb.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan ərazisində 427-ci ildən 2012-ci ilə qədər baş verən zəlzələlər nəticəsində 1-ci, 2-ci və 3-cü dərəcəli təhlükəli zonalar müəyyənləşib.
 
F. Qədirov deyib ki, Azərbaycan ərazisində Gəncə, Şamaxı, İsmayıllı, Şəki, Abşeron yarımadasının şimal tərəfində 8-9 ballıq zəlzələlər ola bilər. Bu ərazilər Azərbaycanın tarixən seysmik zonalarıdır.
 
F. Qədirovun sözlərinə görə, araşdırmalar nəticəsində qarşıdakı 50 ildə təhlükəli ola biləcək ərazilər də müəyyənləşib: “Bu siyahıda ilk yerdə Şamaxı, İsmayıllı, Zaqatala, Şəki, Abşeron yarımadasının şimal və cənub tərəfləri, Biləsuvar, Cəlilabad dayanır”

 





15.05.2013    çap et  çap et