525.Az

Məleykə Abbaszadə sakinlərlə görüşdü


 

Məleykə Abbaszadə sakinlərlə görüşdü<b style="color:red"></b>

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə TQDK-nın Gəncə regional bölməsində Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Görüşə gələnlərin sorğu və müraciətləri, əsasən, təhsil məsələləri ilə bağlı olub.

Vətəndaşlar buraxılış sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildiriblər. Onların müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olub.
Həmin müraciətlər də qeydiyyata alınıb. Tədbir görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaq.

TQDK sədrinin növbəti görüşü mayın 16-da Qazaxda, Şahmat Mərkəzində olacaq. Qəbulda Qazax, Ağstafa və Tovuzun sakinləri iştirak edə bilərlər.

 





15.05.2013    çap et  çap et