525.Az

Rəşad Məcid və Elçin Mirzəbəyli "Şərq" qəzetində - Fotolar


 

Rəşad Məcid və Elçin Mirzəbəyli "Şərq" qəzetində - <b style="color:red">Fotolar</b>

Bu gün "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”i ziyarət ediblər.

Qəzetin baş redaktoru Akif Aşırlı qonaqları redaksiyada yaradılmaqda olan milli mətbuat tarixi qalereyası ilə tanış edib.

Tanışlıqdan sonra baş yazarlar redaksiya heyəti ilə söhbətlərində öz təəssüratlarını bölüşüblər:

Rəşad Məcid:

"Şərq" qəzetində yaradılmış mətbuat tarixi qalereyası gələcəkdə böyük Mətbuat muzeyinin yaranmasına vəsilə olacaq. Qəzetin baş redaktoru A.Aşırlının bu istiqamətdə gördüyü işləri hər zaman dəyərləndirmişik. Biz də bu fəaliyyətdə həmkarımıza dəstək olmağa hər zaman hazırıq. A.Aşırlının kitabları və bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Burada gördüyümüz dəyərli eksponatlardan və portretlərdən təsirləndik. Bu dəyərli işinə görə, Akif müəllimi təbrik edirəm”.

Elçin Mirzəbəyli:

"Akif Aşırlı bu istiqamətdə çox böyük işlər görüb. Uzun illərdir, ardıcıl şəkildə zəhmət çəkib, iynə ilə gor qaza-qaza mətbuat tarixində iz qoyub. Bu gün "Şərq” qəzeti redaksiyasında gördüyümüz qalereya da bizi çox təəccübləndirdi. Tamamilə fərqli bir ovqat hökm sürür. Redaksiyadakı eksponatlar, portretlər, sənədlər bizi Azərbaycan Mətbuatının ilk illərinə qaytardı. Arzu edirik ki, bu imkan genişlənsin və "Şərq” qəzeti redaksiyası daha böyük mətbuat muzeyinə çevrilsin”.

Rəşad Məcid:

"Bu qalereyada mətbuat tarixi ilə bağlı kitabxana guşəsi də təşkil etmək mümkündür. Bununla bağlı mən də kitablar verə bilərəm”.

Sonda A.Aşırlı qələm dostlarına ziyarət və mənəvi dəstək üçün minnətdarlıq ifadə edib.

 





06.07.2017    çap et  çap et