525.Az

“Snapchat”da səs filtrləri və linklər əlçatan oldu


 

“Snapchat”da səs filtrləri və linklər əlçatan oldu<b style="color:red"></b>

Populyar “Snapchat” mobil proqramının tərtibatçıları yeni imkanlar əlavə edən yeniləmə təqdim ediblər. Birincisi, indi dərcə linklər əlavə etmək olar. Bunun üçün sancaq piktoqramına sıxmaq lazımdır.

AzərTAc “ferra.ru” saytına istinadən xəbər verir ki, ikincisi, şəklin fonunu dəyişdirmək imkanı mümkündür.

Bunun üçün qayçı ikonkasını seçib açılan menyudan yeni ikonkaya daxil olub lazımi arxa fon şablonunu seçmək lazımdır.

Üçüncüsü, mobil proqramda istifadəyə verilmiş səs filtrlərinin köməyi ilə öz səsini və dostların səsini dəyişdirmək olar.

 





07.07.2017    çap et  çap et