525.Az

Nəcməddin Sadıkov ABŞ-da beynəlxalq konfransda


 

Nəcməddin Sadıkov ABŞ-da beynəlxalq konfransda <b style="color:red"></b> Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov 6-7 iyul tarixlərində Nyu York şəhərində (ABŞ) Birləşmiş Millətlər Təşkilatının (BMT) gərargahında keçirilmiş “Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin ikinci beynəlxalq konfransı”nda iştirak edib.
 
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, konfransda BMT-nin sülhməramlı qüvvələrinin inkişafı, qüvvələrin çevik yerləşdirilməsi, təlimlər və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb, o cümlədən, BMT-nin Sülhməramlı Əməliyyatlar və Səhra Dəstəyi İdarələrinin rəsmiləri ilə görüşlər keçirilib.
 





08.07.2017    çap et  çap et