525.Az

“Biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”


 

“Biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”<b style="color:red"></b>

“İranın nüvə fəaliyyəti və bu ölkənin terrorçu təşkilatlara dəstək verməsi regional təhlükəsizliyə təhdiddir”.

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman Senatın Xarici işlər komitəsində çıxışında deyib. O bildirib ki, İranın beynəlxalq öhdəliklərə zidd olaraq davam etdirdiyi nüvə fəaliyyətləri dünya birliyinin qarşılaşdığı ən qlobal problemlərdən biridir: “Nüvə silahına malik İran regiona və bütün dünyaya təhlükə törədəcək. Bizim bu problemin həllinə dair siyasətimiz çox aydındır: biz İranın nüvə silahlı əldə etməsini əngəlləməkdə çox qərarlıyıq”.
 
E. Şerman problemi diplomatik yolla həll etmək istədiklərini söyləyib: “Lakin prezident Obamanın da birmənalı söylədiyi kimi, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik və birləşmiş ştatlar bu məqsədə çatmaq üçün öz gücünün bütün elementlərindən istifadə edəcək”.
 
E. Şermanın sözlərinə görə, İran beynəlxalq sanksiyalar üzündən bir gündə 2011-ci illə müqayisədə 1 milyon barel daha az xam neft ixrac edir və beləliklə, ayda 3 - 3,5 milyard dollar itirir. İrandan neft alan 20 dövlətin hamısı bu ölkədən neft idxalını ya dayandırıb, ya da azaldıb.  
 
Dövlət katibinin müavini bəyan edib ki, İranın Yaxın Şərqdə atdığı pozucu addımlar, xüsusən Bəşər Əsəd rejiminə, “Hizbullah” kimi terrorçu təşkilatlara dəstəyi də ABŞ-da narahatlıq doğurur: “İran terrora dəstək verir və terrordan öz xarici siyasətinin aləti kimi istifadə edir”.

 





16.05.2013    çap et  çap et