525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti 17 və 18 may tarixlərində gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən525.az-a verilən məlumata görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 16-20 dərəcə isti olacaq. Mayın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir. Mülayim şimal küləyi əsəcək. Arabir yağan yağışın tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 10-15 dərəcə, gündüz 17-20 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, mayın 17-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, temperatur Aran rayonlarında gecə 11-16 dərəcə, gündüz 18-20 dərəcə, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.
 
Mayın Azərbaycanın rayonlarında oxşar hava şəraiti hökm sürəcək. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda 4-9 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.
 





16.05.2013    çap et  çap et