525.Az

Azərbaycan dövlət ipoteka kreditləşməsini yumşaldır


 

Azərbaycan dövlət ipoteka kreditləşməsini yumşaldır<b style="color:red"></b>

 Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə ipoteka kreditləşməsinin təkmilləşdirilməsi ilə bağlı hazırlanan proqramda bir sıra aktual məsələlər əksini tapıb.

«APA-Economics»in xəbər verdiyi kimi, bunu AMB sədrinin birinci müavini Alim Quliyev bəyan edib.
 
A.Quliyevin sözlərinə görə, ipoteka kreditləşməsi prosesində bürokratik əngllərin aradan qaldırılması, ümumi prosesinin sadələşdirilməsi, kreditləşmə müddətinin uzadılması, kredit məbləğinin artırılması, faiz dərəcələrinin azaldılması, regionlarda ipoteka kreditlərini almaq imkanların genişləndirilməsi kimi məsələlər proqrama daxil edilib.
 
A.Quliyev kreditləşmə prosesində tətbiq olunacaq yeni məbləğ, müddət, faiz dərəcələri ilə bağlı konkret məlumat verməsə də, bildirib ki, bu məqamlar, proqram təsdiqləndikdən sonra məlum olacaq.

 





16.05.2013    çap et  çap et