525.Az

Bu axşam "TRT 1"dən Azərbaycan tamaşaçılarına sürpriz var


 

Bu axşam "TRT 1"dən Azərbaycan tamaşaçılarına sürpriz var<b style="color:red"></b>

"TRT 1" kanalının bu axşam Azərbaycan və Türkiyə tamaşaçılarına sürprizi var.

Türkiyədə "Yox artıq" ifadəsini dillərə düşürən komediya serialı ‘’Zengin kız, fakir oğlan’’ da Azərbaycanın tanınmış aktyorları Sənubər İskəndərli və Əzizağa Əzizovun çəkildiyi hissə bu gün nümayiş etdiriləcək.

Serial "TRT 1" kanalında Bakı vaxtıyla saat 21:50-də yayımlanacaq.

TRT-nin Bakı təmsilcisi Yüksel Deyercan serialın çəkiliş qrupunun mayın sonlarında da Bakıya gəlməyi planlaşdırdığını deyib. Serialın bəzi hissələrinin Azərbaycanda çəkiləcəyini qeyd edən Yüksəl Dəyərcan mayın sonunda gələcək qrupun ssenari, çəkiliş məkanı və aktyor axtarışlarına başlayacağını, daha sonra yenidən Bakıya səfər edərək çəkilişlərə start verəcəyini söyləyib.

 





16.05.2013    çap et  çap et