525.Az

Qadınlar kişi olsaydılar...


 

Qadınlar kişi olsaydılar...<b style="color:red"></b>

Qadına istədiyini etmək imkanının verilməməsi ta qədim zamanlardan bir adət halını alıb. Sirr deyil ki, bu gün də qadınların qarşısına çox qadağalar qoyulur. Məhz elə bu qadağalara görə də qadınların çox vaxt şikayətləndiklərinin şahidi olur, "bəxtimiz olsaydı oğlan olardıq" deyimlərini eşidirik.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Amerikada müxtəlif yaş qrupuna aid olan xanımlar arasında sorğu keçirilib. 

Görəsən, qadınlar kişi olsaydılar nə edərdilər?

16-20 yaşlı qadınlar

Dərs oxumazdılar, bütün günlərini internet klublarda, gəzintilərdə keçirərdilər.

20-25 yaşlı qadınlar

Kişi olsaydılar, axşamları evə gec gələrdilər. Dostları ilə uzaq yerlərə səyahətə gedərdilər. Bayram axşamlarını evdə valideynlərlə birlikdə keçirmək məcburiyyətində qalmaz, dostları ilə səhərədək əylənərdilər.

25-30 yaşlı qadınlar

İstədikləri işdə çalışardılar. İndiki oğlanlar kimi ailənin istədiyi qızla yox, özlərinin bəyəndikləri biri ilə evlənərdilər. Qızları ələ salmaq, aldatmaq kimi qəbahət etməzdilər. Birini sevib, onunla da evlənərdilər. Qadınları addımbaşı etdiyi hər hansı bir səhv hərəkətinə görə danlamazdılar. Dediyi sözləri bəhanə kimi yox, səbəb kimi qəbul edərdlər.

30-35 yaşlı qadınlar

İşdən evə nə qədər yorğun gəlsələr də, həyat yoldaşlarına əmrlər verməzdilər. Yeməyi və çayı əsəblə, əmrlə yox, xahişlə istəyərdilər. Həyat yoldaşlarına bunu geyinmə, onu geyin deməzdilər. Onların gəzintiyə çıxmalarına, qohum-əqrəbalarına baş çəkmələrinə qadağa qoymazdılar.

35-40 yaşlı qadınlar

Artıq yaşlanırıq. Həyat yoldaşlarına qocaldıqlarını hiss etdirməmək üçün əllərindən gələni edərdilər. Qadınlarını tez-tez parklara, kafelərə aparardılar. Özlərini gənc hiss etmələri üçün hər şey edərdilər. Evdə «artıq qocalırıq» sözünü heç vaxt işlətməzdilər. Qadınlarına hər zaman sevildiklərini hiss etdirərdilər.

 





11.07.2017    çap et  çap et