525.Az

Masallıda İslam həmrəyliyi mövzusunda tədbir - Fotolar


 

Masallıda İslam həmrəyliyi mövzusunda tədbir - <b style="color:red">Fotolar</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirləri davam etdirir.

Birlikdən 525.az-a verilən məlumata görə “Yeni Üfüq” təşkilatı "İslam Həmrəyliyi - Azərbaycan nümunəsi” adlı növbəti tədbirini Masallı rayonunda keçirib.

Rayonun Gənclər evində keçirilən tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir: “Beynəlxalq idman tədbiri - İslam Həmrəyliyi Oyunlarının da bu il Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə də digər ölkələrin diqqətini Azərbaycana cəlb edə bildi. Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addım oldu”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi xalqımız üçün qürurverici hadisədir: “İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür.
Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Ölkəmizdə İslam həmrəylinin qorunması həm də milli təhlükəsizliyimizin də mühafizə olunmasına ən gözəl töhfədir”.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, QMİ-nin cənub bölgə qazisi Mirqiyas Təhməzov, Masallı rayon Ağsaqqalar Şurasının sədri Ələsgər Niftiyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fəttayev, ictimaiyyət nümayəndələri və gənclər  iştirak ediblər.

 





11.07.2017    çap et  çap et