525.Az

Azərbaycanda əlillər üçün peşə kursları açılır


 

Azərbaycanda əlillər üçün peşə kursları açılır<b style="color:red"></b>

Əlillərin əmək bazarına çıxışının asanlaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu barədə məlumat ƏƏSM nazirliyi yayıb.

Xidmətin xətti ilə hələ 2007-ci ildən etibarən xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil olunur və son 5 ildə 268 nəfər əlil həmin kurslara cəlb olunub. Həmin əlillərin bir qismini gözdən əlil olan insanlar təşkil edir.

Cari ilin birinci rübü ərzində isə daha 20 nəfər əlil üçün ingilis dili üzrə 3 aylıq, 18 nəfər gözdən əlil üçün isə brayl sistemi üzrə təlim aparılmaqla kompüter istifadəçisi peşəsi üzrə 2 aylıq peşə hazırlığı kursu təşkil olunub.

Qeyd edək ki, hazırda Ramana Gənc Əlillərin Əmək və İstirahət evində əsaslı təmir və yenidənqurma işlər aparılmaqla yanaşı, burada yaşayan əlillərin peşə hazırlığını təmin etmək üçün müvafiq şərait də yaradılır.

 





16.05.2013    çap et  çap et