525.Az

“Samir üçün” Bolqarıstanda


 

“Samir üçün” Bolqarıstanda<b style="color:red"></b>

Pərvinin “Samir üçün” hekayəsi Bolqarıstanın “Rosiya seqodnya” qəzetində rus dilində çapdan çıxmışdır. Gənc yazarı rusdilli Bolqar oxucularına təqdim edən şairə Nataliya Yermenkova Pərvin haqqında “Qəlbi isidən Ulduz” adlı esse yazmışdır.

Nataliya Yermenkova adıçəkilən essedə Pərvinlə Moskvada “Xaricdə Yaşayan Yazıçılar” Forumunda tanışlığından söz açır və onun hekayələri barədə fikirlərini bölüşür: “Pərvin” adının ruscaya tərcüməsi çox incə və romantikdir: Ulduz. Elə o, özü də zərif, parlaq, amma gur işığı ilə yandırmayan, əksinə isidən Ulduza bənzəyir. Pərvin hələ 2011-ci ildə Peredelkinoda “Gənc Yazarların I Beynəlxalq Forumu”nda iştirak etmiş, diploma layiq görülmüşdür. Mənimsə onunla tanışlığım ötən ilin dekabrında Moskvada xaricdə yaşayan yazarların seminarında baş tutdu. İndi isə mən oxucularımıza gənc yazıçının çox da irihəcmli olmayan, amma mənası dərin, ümumi insani dəyərlər barədə düşündürən bir hekayəsini təqdim edirəm.”

Qeyd edək ki, Pərvinin “Samir üçün” hekayəsi daha öncələr Litva, Rusiya, Türkiyə, Latviyada ədəbi dərgilərdə çap olunmuşdur.

 





16.05.2013    çap et  çap et