525.Az

Avstriyalı alimlər Bakı Slavyan Universitetinin qonağı olublar


 

Avstriyalı alimlər Bakı Slavyan Universitetinin qonağı olublar<b style="color:red"></b>

Bu ayın əvvəllərində Bakı Slavyan Universitetinin(BSU) Alman filologiyası kafedrasının müdiri dos.Sevinc Rzayevanın dəvəti ilə Avstriyanın Grats şəhəri, Karl-Fransens Universitetinin Germanistika İnstitutunun direktoru prof. Paul Portmann və onun xanımıdır.

Elektra Tselikas Portmann bu təhsil ocağının qonaqları olublar. Onlar almanşünas tələbə və müəllimlərə mühazirə və seminarlar keçmiş və sonda müəllim və tələbələr sertifikatlarla təltif olunmuşlar. Eyni zamanda qonaqlar BSU –da təşkil olunmuş Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” adlı konfransın bölmələrində fəal iştirak etmişlər.

Səfər çərçivəsində onlar tələbələrlə birgə Bakı Slavyan Universitetinin rektoru, görkəmli yazıçı-dramaturq Kamal Abdullanın “Bir-iki- bizimki”  əsərinin  dos. Çərkəz Qurbanlı tərəfindən alman dilinə tərcümə edilmiş hissəsini maraqlı yozumda və tərtibatda səhnələşdiriblər. Kamal Abdulla ilə görüş zamanı isə Avstriyanın  Grats universiteti ilə Bakı Slavyan Universitetləri arasında birgə əməkdaşlıq müqavilə imzalanması nəzərdə tutulub. Səfər işgüzar mahiyyət daşısa da qonaqlara Azərbaycanın səfalı yerlərinə gəzintilər də təşkil olunub. Respublikamızın şimal bölgələrindən olan Quba ilə tanışlıq qonaqlarda olduqca xoş təəssüratlar oyadıb.

Günay ƏLİYEVA

 

 





16.05.2013    çap et  çap et