Beş il əvvəl təqdim olunduqdan sonra "YouTube"da rekordlar qıran Psy-nin "Gangnam Style" mahnısı liderliyini əldən verib.
Axşam.az-ın məlumatına görə, "YouTube"da milyarda çatan ilk görüntü olan, uzun müddətdir ki ən çox baxılan video adını özündə saxlayan koreyalı müğənni artıq ikincidir. "YouTube"in yeni lideri isə Uiz Xalifa və Çarli Pasın oxuduğu "See You Again" mahnısıdır.
Klip 2 milyard 901 milyon baxışla hər kəsi qabaqlayır.