525.Az

Putin Xodorkovskini əfv edəcəkmi?


 

Putin Xodorkovskini əfv edəcəkmi?<b style="color:red"></b>

Rusiyada iqtisadi cinayətlərlə bağlı həbs edilən 110 min məhkumun əfv olunması təklifi səslənib.

Həbsdə olan oliqarxlar Mixail Xodorkovski və ortağı Platon Lebedevi də əhatə edəcək əfv təklifi gələn həftə dövlət başçısı Putinin biznesmenlərlə görüşündə müzakirə ediləcək.

Son aylarda tez-tez səsləndirilən bu təklifi ən son biznes ombudsmanı Boris Titov gündəliyə gətirib. Titovun bu günlərdə Duma sədri Sergey Narışkinlə görüşərək bu məsələni müzakirə etməsi gözlənilir.

Putinin Xodorkovski və Lebedevin əfvinə münasibəti məlum deyil. Dövlət başçısının mətbuat müşaviri Dmitri Peskov Putinin  bu təşəbbüsdən xəbərdar olduğunu söyləyib. Peskov iqtisadi cinayətlərin əfviylə bağlı müxtəlif təkliflər səsləndiyini deyib.

Qeyd edək ki, Xodorkovskinin həbs müddəti 2014-cü ilin oktyabrında başa çatır. Lebedev isə ondan iki ay əvvəl - avqustda azadlığa çıxmalıdır.

 





16.05.2013    çap et  çap et