525.Az

BAMF Şimal Alyansa üzv qəbul edilib


 

BAMF  Şimal Alyansa üzv qəbul edilib <b style="color:red"></b>

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)  mötəbər beynəlxalq bir quruma – Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansına (ANPED) üzv qəbul edilib.

Bundan əvvəl BMT-nin İqtisadi-Sosial Şurasının, ABŞ Dövlət Departamenti Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun üzvü olan BAMF ANPED-lə əməkdaşlığa da böyük üstünlük verir.BAMF rəhbəri Umud Rəhimoğlu bildirib ki, ANPED vətəndaş cəmiyyəti təşkilatlarının potensialının  artırılması istiqamətində güclü strategiyaya və aydın platformaya malikdir:
 
“ANPED-in səmərəli əlaqələndirici fəaliyyəti, müxtəlif debatların təşkili və bu debatlarda iştirakın yeni formalarının tətbiqi sahəsində fərqli metodologiyası var. İnanıram ki, BAMF-ın bu mötəbər qurumla əməkdaşlığından Azərbaycanda, eləcə də post-sovet məkanında fəaliyyət göstərən vətəndaş cəmiyyətləri faydalanacaqlar”.

 





16.05.2013    çap et  çap et