525.Az

«Qızıl açar, yaxud Buratinonun macəraları»- Premyera


 

«Qızıl açar, yaxud Buratinonun macəraları»- <b style="color:red">Premyera</b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi növbəti premyera ərəfəsindədir. 

Teatr bu dəfə məktəbliləri məşhur rus yazıçısı A.Tolstoyun «Qızıl açar, yaxud Buratinonun macəraları» əsəri əsasında eyiadlı tamaşa ilə sevindirəcək.

Tamaşanın quruluşçu rejissoru İvitsa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliç (Xorvatiya), baletmeysteri Raulya Türkan və geyim üzrə rəssamı isə Aynur Məmmədovadır. 

Tamaşa boyu şən və xoşbəxt gələcəyin bağlı qapısının oğurlanmış və sonra da itmiş qızıl açarını əldə etmək üçün Buratino və onun dostları min bir əziyyətlə və ağlasığmaz macəralarla rastlaşırlar. Təbii ki, sonda xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq arzusu baş tutur. Buratino və onun sadiq dostları qızıl açarla möcüzəli qapını açır və arzu etdikləri teatra – sehirli aləmə qədəm qoyurlar

Əsas rolları Gənc Tamaşaçılar Teatrının aktyorları Elşən Çarhanlı (Karabas Barabas), Roza İbadova, Asya Atakişiyeva (Buratino), Seyidşah Məmmədov (Karlo), Gülbəniz Mustafayeva, Günel Məmmədova (Malvina), Səfa Mehdi, Anar Seyfullaev (Pyero), Zümrüd Quliyeva, Fatimə Əliyeva (Artemon), Anar Səfiyev (I Arlekin), Vahid Orucoğlu (II Arlekin), Manaf Dadaşov (Duremar), Zülfiyyə Alhüseynova (Alisa), Elşən Hacıbabayev, Rəşad Səfərov (Bazilio),  Vüqar Məmmədəliyev, Ramil Məmmədov (Şuşara), Şəfəq Əliyeva, Almaz Mustafayeva (Tortilla), Natiq Fərzəliyev (Polis rəisi) və başqaları ifa edəcəklər.

Azərbaycan Peşəkar Milli Teatrının 140 və Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş beynəlxalq layihə bu il may ayının 21-də saat 15.00 da və 25-də saat 12.00 da və 14.00 da geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.

GÜNEL

 





16.05.2013    çap et  çap et