525.Az

Füzulidə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi


 

Füzulidə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi<b style="color:red"></b>

İyulun 12-də Füzuli rayonu Horadiz şəhərində Füzuli, Beyləqan və Cəbrayıl rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev, Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

Səfərbərlik xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Füzulinin icra başçısının birinci müavini Bağır Aslanov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıb.

Səfərbərlik xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev isə çıxışında Azərbaycan Ordusunun ən müasir hərbi texnika və silahlarla təchiz edildiyini qeyd edərək işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə inandığını bildirib.

Daha sonar çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzulayıblar.

Qeyd edək ki, rayon gəncləri Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

Ceyhun ABASOV

 





14.07.2017    çap et  çap et