525.Az

Tünzalə Ağayeva Aygün Kazımova ilə küsülüdür?


 

Tünzalə Ağayeva Aygün Kazımova ilə küsülüdür? <b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, tədbirlərin birində üz-üzə gələn Xalq artisti Aygün Kazımova və Əməkdar artist Tünzalə Ağayeva arasında soyuq anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, müğənnilər bir-birini görməzdən gəlib salamlaşmayıblar.

T.Ağayeva “ATV maqazin onlarla” verilişinə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, A.Kazımova ilə küsülü deyil:

“Biz şəkil çəkdirirdik, Aygün gəldi keçdi. Ola bilsin adam çox idi deyə, bir-birimizi görmədik. Aygün xanım maşından düşdü səhnəyə getdi. Mən isə müsahibə verirdim. Aramızda hər şey əladır. Başımız qarışıq olub. Ciddi bir səbəb yoxdur”.

T.Ağayeva şou-biznes nümayəndələrinin əksəriyyəti ilə dost olduğunu söyləyib:

"Vütün layiqli həmkarımla münasibətim var. Layiq olmayanla yoxdur. Yaşasın şou-biznes dostluğu”.

 





14.07.2017    çap et  çap et