525.Az

Tramp birinci xanımı tərifləmək istədi, amma - Video


 

Tramp birinci xanımı tərifləmək istədi, amma - <b style="color:red">Video</b>

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla Fransada işgüzar səfərdədir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, fransalı həmkarı Emmanuel Makron və xanımı Bricit Makronla görüşən Tramp bu dəfə də sözləri ilə hər kəsi təəccübləndirib. Belə ki, Ağ Ev rəhbəri salamlaşmadan sonra Bricitə müraciət edərək “Yaxşı vəziyyətdəsən” deyib.

Daha sonra isə Emmanuelə üzünü tutub “Yaxşı qalıb. Gözəl” söyləyib. Trampın bu sözləri həm Melaniyanı, həm də Emmanueli təəccübləndirib.

Qeyd edək ki, Bricit Makron həyat yoldaşından 24 yaş böyükdür. Onun 64 yaşı var.

 





14.07.2017    çap et  çap et