525.Az

"Benzinin bahalaşmasına müsbət don geyindirmək yersizdir"


 

"Benzinin bahalaşmasına müsbət don geyindirmək yersizdir"<b style="color:red"></b>

Ötən gündən etibarən Azərbaycanda benzinin qiyməti bahalaşıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında baş tutan artım geniş ictimayyət tərəfindən bir mənalı qarşılanmır.

Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas deyir ki, benzinin bahalaşmasına müsbət don geyindirmək yersizdir:

"Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Bu günü bayram günü kimi sevinclə qeyd etməliyik. Ancaq mənə maraqlıdır ki, niyə qiyməti 4 - 5 manat yox 90 qəpik ediblər". 

Aqil Abbas deyir ki, gün ərzində bir sıra KİV-lərə də bu yöndə açıqlama verib. Həmin KİV-lər fikirləri konteksdən çıxarıb:

"Çox təəssüf edirəm ki, bir çoxlarının sarkazm anlayışından xəbəri yoxdur. Mən Femida.az saytına bu yöndə açıqlama vermişəm. Saytda fikirlərim yazılıb. Ancaq mən bu fikirləri sarkazm şəkilində ifadə etmişəm. Onlar isə bunu başqa cür təqdim ediblər".

Millət vəkili onu da deyib ki, benizin qiymətinin qaxlması ən çox "Neftçi" İdman Klubunun işinə yarıyacaq: "Neftçi" Futbol Klubu son zamanlar çempionatın ən son pillələrində qərarlaşır. Güman ki, yeni sezondan bu komanda daha yaxşı futbol oyunu göstərəcək. Pulları çoxalacaq və onlar Brazilya, Argentina və Avropa klubları ilə oynaya biləcəklər".

Sonda Aqil Abbas bir məsələyə təəssüflənib:

"Demək bu millətin Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Haqverdiyev kimi böyük yazıçıları olmayıb..."

Adalet.az

 





15.07.2017    çap et  çap et