525.Az

Çin yeni pilotsuz uçuş aparatı sınaqdan çıxardı


 

Çin yeni pilotsuz uçuş aparatı sınaqdan çıxardı<b style="color:red"></b>

Çin yeni pilotsuz uçuş aparatı “Caihong-5”i (“Göy qurşağı”) sınaqdan çıxarıb.

Kəşfiyyat və müşahidə aparmaq, habelə hədəfləri müəyyənləşdirərək zərbə endirmək məqsədi ilə yaradılan aparat bir tona qədər yük daşımaq gücündədir.

“Caihong-5” ilk dəfə ötən il Cuxay şəhərində aviasiya sərgisində ictimaiyyətə təqdim olunub. Çinin Aerokosmik Aerodinamika Akademiyası alimlərinin layihələndirdikləri aparatın maksimal uçuş məsafəsi 10 min kilometr, havada qalma müddəti isə 60 saatdır.

Akademiyanın mütəxəssisləri hesab edirlər ki, “Caihong-5” pilotsuz uçuş aparatı dünyada ən yaxşısıdır.

Aparat həm də mülki məqsədlər üçün də istifadə oluna bilər.

 





16.07.2017    çap et  çap et