525.Az

“Şimal-Cənub” dəhlizi Hindistanı Şimali Avropa ilə birləşdirəcək”


 

“Şimal-Cənub” dəhlizi Hindistanı Şimali Avropa ilə birləşdirəcək”<b style="color:red"></b> Hİndistanın Tehrandakı səfiri Surab Kumar Astara (İran) sərhəd şəhərində olub, Azərbaycan və İran müştərək dəmir yolu körpüsünə baxış keçirib və dəmir yolu terminalında tikinti işləri ilə tanış olub.
 
APA-nın Tehran bürosunun məlumatına görə,  S.Kumarı baxış zamanı İranın  Dəmir Yol İdarəsinin şimal-qərb bölgəsi üzrə idarə rəisi Əli Xudayi  və Astara şəhər başçısı Yunis Rənckeş  müşaiyət edib.  Hindistanın Tehrandakı səfiri S.Kumar  Astara-Astara dəmir yolu layihəsinin önəmindən danışıb və bildirib ki,  “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistanı  Şimali Avropada Helsinki limanı ilə  birləşdirəcək.  "Astara - Astara  dəmir yolu layihəsi və onun “Şimal-Cənub” dəhlizinə birləşdirilməsi  beynəlxalq ticarətdə təsiredici rola malikdir. Biz bu dəmir yolunun təkmilləşməsində maraqlıyıq və onun potensialından istifadə edəcəyik. Astara - Astara dəmir yolu Xəzər dənizini Fars Körfəzi ilə birləşdirəcək, bu yol "Şimal-Cənub Dəhlizi"nin önəmli halqasıdır və  region ölkələri arasında iqtisadi  əlaqələri asanlaşdırır”, deyə səfir qeyd edib.
 
Astara şəhər başçısı Yunis Rənckeş, öz növbəsində,  İran və Azərbaycan dəmir yollarının birləşməsinin önəmindən danışıb və bildirib ki,  Astara- Astara dəmir yolunun  təkmilləşməsi  işləri hazırda Azərbaycanın dəstəyi ilə aparılır.  "Astara-Astara dəmir yolu dəmir yolu vasitəsilə yük daşımalarının sürətlə yerinə çatmasına və məsafənin azalmasına zəmin yaradır.  Yolun Rəşt - Astara dəmir yoluna birləşməsi önəmli layihələrdəndir və İran İslam Respublikası ciddi şəkildə bu layihəni həyata keçirməkdə maraqlıdır".
 





17.07.2017    çap et  çap et