525.Az

Laçının təslim edilməsi (VİDEO)


 

Laçının təslim edilməsi<b style="color:red"> (VİDEO)</b>

1992-ci il mayın 16-sı Laçındakı vəziyyəti Çingizdən yaxşı qiymətləndirən olmazdı. Həqiqətən də həmin gün Laçında sözün əsl mənasında xaos yaşanırdı. Şuşanın işğalından sonra Turşsuda cəmləşən hərbi qüvvələr, hansı ki onlar Şuşanı düşməndən geri almağa iddialı idilər, bax o qüvvələr mayın 15-dən 16-na keçən gecə rayonun 700-800 metrliyində olan yüksəklikləri tərk edərək Laçın-Ağanus yoluna çıxır və üzü Qubadlıya tərəf dayanırlar.

Tanklar, "Qrad" qurğuları, PDM, ZTR, müxtəlif kabirli toplar və canlı qüvvəni daşımaq üçün nəzərdə tutulan maşınlar döyüş üçün hazırlıq vəziyyətinə gətirilmir. Onları bura yığmaqda məqsəd Laçını döyüşsüz təslim etmək idi.

Laçın alayının komandir müavini, Şakir Sadiqov : “Deyiblər ki, gündüz getsək görərlər. Bizim postdan görüb xəbər vermişdilər ki, ordu qaçır. Biz də qabağını saxladıq”.

Qaçanları qaytarmağa çalışan təkcə Şakir Sadiqov, döyüşçü Mübariz deyil. Həm də Çingiz Mustafayevdir. Bu tarixi kadrlar düz 21 il əvvələ güzgü tutur. İndi bizə müsahibə verən Şakir Sadiqov qocalıb, Mübariz qardaşımız itkin düşüb, Çingiz haqqın dərgahındadır. Onun çəkdiyi kadrlar isə ANS-in arxivində. Onlar necə varsa, o cür də qalıblar.

Qarabağ müharibəsini lentə alan jurnalist, Vahid Mustafayev : “Laçınlılar vuruşurdu. Könüllü batalyonlar şücaət göstərirdilər. Amma milli ordu, formalaşmış hesab olunan milli ordu, kimisə sözünə görə öz poziysiyaların tərk edib Bakıya istiqamətlənmişdilər”.

Orduya qaçmaq əmrini kim vermişdi? İşğaldan 10-15 gün əvvəl Laçın alayını ləğv etmək hansı məqsədi daşıyırdı? Laçının köhnə poçt deyilən ərazisində cərəyan edən hadisələri 777 saylı hərbi hissənin komandiri Elçin Məmmədov niyə soyuqqanlılıqla seyr edir? Bəs Çingizi ağlamağa vadar edən səbəb nədir? Laçının ancaq bir qrup döyüşçünün ümidinə qalmasımı? Hansı ki, onlar da başlarını itiriblər. Bir gün sonra Laçını da itirəcəklər. Bir gün sonra...


 





17.05.2013    çap et  çap et