525.Az

"Mətbuatda gedən hər yazı araşdırma predmeti ola bilməz"


 

"Mətbuatda gedən hər yazı araşdırma predmeti ola bilməz"<b style="color:red"></b> “Həkimlərlə də bağlı İdarəyə müraciətlər daxil olur. Lakin həkimlər rüşvətin subyekti deyil”.
 
APA-nın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, belə müraciətlər olanda İdarə tərəfindən ilkin mərhələdə cinayətlərin qarşısını alınır.
 
K. Əliyev bildirib ki, İdarə Kütləvi İnformasiya Vasitələrində (KİV) dərc olunmuş məlumatlar əsasında bir neçə araşdırma aparıb, lakin cinayət işinin başlanması üçün əsas olmayıb. Baş prokurorun müavini əlavə edib ki, mətbuatda gedən hər bir yazı araşdırma predmeti ola bilməz.
 
İdarə rəisi qeyd edib ki, xaricdə təhsil sahəsində neqativ hallarla da bağlı vətəndaş müraciətləri olur.
 





17.07.2017    çap et  çap et