525.Az

“ASAN xidmət” əməkdaşlarına xüsusi güzəştlər veriləcək


 

“ASAN xidmət” əməkdaşlarına xüsusi güzəştlər veriləcək<b style="color:red"></b>

Azərbaycanda yeni yaradılan “ASAN xidmət” mərkəzinin əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması üçün onlara xüsusi güzəştlər veriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6.3-cü maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
 
Maddəyə edilən dəyişikliyə əsasən, xidmət işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatının yaxşılaşdırılması üçün daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi “ASAN xidməti”nin hesabına köçürüləcək.
 
Layihə Milli Məclisin mayın 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 





17.05.2013    çap et  çap et