525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət


 

Din və məhəbbət - <b style="color:red">faciələrə aparan ziddiyyət</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Biz özümüzə, təqsirkar bir məhəbbətin sevincinə verəndə heç nə bizim həzlərimizə mane olmurdu, lakin tezliklə bizim ehtirasımıza yenidən qəsd edildi və o nikahdakı sığınacağa götürüldü. Və sənin cəzan necə də bir barbarlıq idi.

Gör, qəddar əmimin bizim üzərimizdə necə bir hüququ var imiş? Biz hətta mehrab qarşısında bir-birimizə qovuşduq ki, bu, bizi düşmənlərimizin hiddətindən qorusun. Əvəzində bizi ayırdılar. Sən mühazirələr oxumaqla məşğul olanda, mən sənə qulaq asıb, monastıra getdim. Burada da bütün günümü sənin barəndə fikirləşməkdə keçirdim. Bu birgə cəza bizi haqlayanda və sən barbar adamın bütöv qisasının obyektinə çevriləndə daha az təqsirkar idin. Mən bədbəxtəm, səni məhv etdim və sənin bütün bədbəxtliklərinin səbəbi oldum. Bizim cins tərəfindən hissi oyadılan böyük adam üçün bu necə təhlükəlidir! Bizim bütün lətafətlərimizin əksinə, o, elə bil ki, körpəliyindən həssas ürəyindən yaralanmağa borclu imiş.

Mən uzun müddət bəzi şeylərə yaxın idim və belə qənaətə gəldim ki, ölüm gözəllikdən daha az təhlükəlidir. Bu, azadlığın gəmi qəzasıdır, məhvedici tələdir, ondan azad olmaq da qeyri-mümkündür. Bu, ilk kişini göylərin onu yerləşdirdiyi şərəfli mövqedən başı aşağı yuvarlayan qadın idi. Bu qadın onun xoşbəxtliyində iştirak etmək üçün yarandığı halda, onun məhvinin yeganə səbəbi oldu. Samsonun (Bibliyadakı həmin yəhudi qəhrəmanı filistimli qadın Dəliləyə sevgisinə görə məhv olunmuşdu - tərcüməçi) şərəfi,  onun ürəyi əgər Dəlilənin məlahətləri ilə sınağa çəkilməsəydi, necə də parlaq idi. Qadın onu filistimlilərin silahlarına qarşı silahsız etməklə, düşmənlərinə satdı. Qadının tərk-silah etdiyi bu adam orduların qalibi idi, lakin düşmənlərinin məkr körfəzcikləri onun könlünə soxuldu. Qadınlarla yaxınlıqdan şadlanmağı bacaran Solomon (İsrailin b.e.ə. X əsrdəki məşhur çarı, Yerusəlimdə dini ibadət üçün olan tarixi məbəd Solomon məbədi adını daşıyırdı -tərcüməçi) Allahı sevindirməyi tərk etdi. O, özünün tikdirdiyi mehrablar qarşısında səcdə qılmağını atdı, bütlərə ətirli buxur yandırdı.

Eyni şeytan ruhu Eloizanı da Abelyarı məhv etmək üçün alətə çevirdi. Ancaq mən sənin bədbəxtliklərinin heç də könüllü olaraq səbəbi olmadım. Mən səni satmadım. Lakin mənim dəyişilməyən qalmağım və məhəbbətim səni məhv etdi. Əgər mən səni daim sevməklə cinayət işlətmişəmsə, mən buna görə tövbə edə bilmərəm. Mən sənin sevginə tezliklə əmin olduqda qorxumu azaltdım. Öz nəhayətsiz ehtiramıma səni inandırmaqdan başqa, mənim heç bir niyyətim yox idi. Özümü bütünlüklə məhəbbətimə qurban verdim. Əgər məni dayandırmağa qadir olan hansısa bir xəbərdarlıq olsaydı, bu, heç şübhəsiz, mənim məhəbbətim olardı.

Mənim hələ də sevinclə yada saldığım həmin həzlərin xatirəsini göz yaşlarım yuya bilsəydi, necə də xoşbəxt olardım. Ən azı, səni məhkum etməyə cəhd etsəm də, mən Allahın acığını soyuda bilmərəm.

Cinayəti söndürmək üçün cəzanı çəkmək kifayət deyildir. Biz gördüyümüz çox sayda adam öz səhvlərini etiraf etmişdir. Sonra isə yeni həzlər onları öz təsiri altına almışdır. Ürəyin tövbə etməsi dilin etiraflarını müşayiət etməyə borcludur, ancaq bu, çox nadir hallarda baş verir. Səni sevməklə çoxlu həzlər aldımsa, hiss edirəm ki, mən özümün əksinə tövbə edə bilmərəm. Sakit gecələrimdə mənim ürəyim ən böyük qayğıları dayandıran bir yuxuya dalmalı olduğu halda, mən öz ürəyimin illüziyalarından uzaqlaşa bilmirəm. Mən xəyal edirəm ki, hələ də əziz Abelyarımlayam. Mən onu görür, onunla danışır, onun cavablarını dinləyirəm. Mən sənin düşmənlərinə qarşı çıxıram, yazıq gələn şəkildə ağlayıram və bəzi anlarda, göz yaşları içərisində də oyanıram. Hətta müqəddəs yerlərdə, mehrab qarşısında da bizim məhəbbətimizi daşıyıram, şirnikləndirici həzlərə malik olduğumuza ağı deyirəm, onları itirdiklərimə görə ah çəkirəm. Mən ilk dəfə sənin öz ehtirasını bəyan etdiyin və ölənə qədər məni sevəcəyinə and içdiyin vaxtı və yeri xatırlayıram (çünki sevgililər heç nəyi unutmurlar). Sənin sözlərin, andların mənim ürəyimdə dərin şəkildə nəqş edilmişdir. Sənin adın hətta mənim dodaqlarımdadır. Sənin bədəninin cəzası könlünün məhvedici yaralarını sağaldır. Düşmən qisas aldı, müdrik həkim sənin həyatını xilas etmək üçün xeyli ağrı tətbiq etdi. Mən min dəfə səndən də yazıq vəziyyətdəyəm, çünki mübarizə aparmaq üçün min ehtirasa malikəm. Özümü müdafiə etməkdə isə böyük çətinliklərim var.

Mənim ehtiraslarım üsyandadır. Mən başqalarına başçılıq edirəm, lakin özümü idarə edə bilmirəm. Adamlar məni tərifə layiq qaydada mühakimə edirlər, lakin Allahın qarşısında təqsirim vardır. Onun hər şeyi görən gözlərindən heç nə gizli qalmır və onun gözləri hər şeyi yarıb keçməklə görür, ürəyin bütün sirlərindən agah olur. Mənim ürəyim insan məhəbbəti ilə doludur, rahibələri isə öyrədirəm ki, yalnız Allahı sevsinlər.

İki şeyi ayırmağa cəhd etmək əbəsdir, mömin olmayanlar təqsirkar olmalıdır və kim ki, ləyaqətə yaxınlaşmağa gecikirsə, onlar həmin ləyaqətdən təcrid olunurlar. Mənim düşüncəmin qarışıqlığında Allahı provokasiya etməkdən daha çox o adamı təhqir etməkdən qorxuram və Ona (Allaha - tərcüməçi) xoş olmaqdan daha çox sənə xoş olmaq istəyirəm. Mənə xoş gələn hər şeydən özümə xətər toxundururam. Mən özümü diri-diri basdırıram. Özümü göz yaşları ilə, kədərlərlə qidalandırıram. Mənim saxta möminliyim başqaları kimi, səni də uzun müddət aldatdı. Sən özünü inandırırdın ki, mən bütünlüklə öz borcuma həsr olunmuşam, ancaq mənim məhəbbətdən başqa bir işim yox idi.

Ürəyimizdəki gizli surətdə qalxan məğrurluq bizi kor edir və yarımçıq sağalmış yaralarımızı bizdən gizlədir. Şirniklənmə ümid verməklə bizi aldadır və eyni zamanda bizi məhv edir.

İnsan ürəyi bir labirintdir, onu kəşf etmək çox çətindir. Sənin mənim barəmdə etdiyin təriflər mənə daha təhlükəlidir, çünki məhz onları mənə bəxş edən bir şəxsi mən sevirəm. Sənə bir oxucu kimi həzz verməyi daha çox arzulayıram, həm də mənə aid etdiyin ləyaqətə inanmaq istəyirəm. De ki, bizim ləyaqətimiz zəifliyimizə əsaslanır və onlar yalnız daha böyük çətinliklərlə mübarizə aparan adamları taclandırır.

Lakin mən qələbə hədiyyəsi olan tacı axtarmıram, mən ancaq təhlükədən uzaqlaşmaqla məmnun olacağam. Bu döyüşdə qalib gəlməkdənsə, asan yolu tutmaq daha asandır. Burada şərəfin bir neçə dərəcəsi vardır və mən ən yüksəyinə nail olmaq iddiasında deyiləm. Mən onları böyük cəsarət sahibləri üçün güzəştə gedirəm, onlar çox vaxt qalibiyyətli olurlar. Mən qorxuya üstün gələ bilən qələbəni axtarmıram. Gəmi qəzasından qaçmaq və nəhayət, limana çatmaq mənim üçün kifayət qaydada olan bir xoşbəxtlikdir. Göylər mənə əmr edir ki, sənə olan məhvedici məhəbbətdən imtina edim, lakin eh! Mənim ürəyim heç vaxt onunla razılaşmağa qadir olmayacaqdır. Xudahafiz. 

IV məktub. Elonzadan Abelyara 

Əziz Abelyar! Yəqin ki, gözləyirdin ki, laqeydliyinə görə səni ittiham edəcəyəm. Sən mənim son məktubuma cavab vermədin və Göylər indi mənim olduğum şəraitdə dərdimi yüngülləşdirməyəcəkdir, çünki sən özün də xəyanət etdiyim ehtirasa görə mənə  çox laqeydlik göstərirsən. Nəhayət, Abelyar, sən Eloizanı həmişəlik itirmisən. Bütün andlara baxmayaraq, səndən başqa heç nəyin və həm də səndən başqa kiminsə məni əyləndirməsi barədə hətta düşünə bilmirəm. Mən səndən bu fikirlərinə görə uzaqlaşdım ki, səni yaddan çıxarım. Sənin sevgilin barədəki heyranedici ideyana bir dəfə vuruldum, ancaq mənim xoşbəxtliyim baş tutmayacaqdır.

Abelyarın əziz obrazı! Sən artıq mənim arxamca gedə bilməyəcəksən, artıq mən səni xatırlamıram. Ey heyranedici həzlər; Eloiza sizdən uzaqlaşmışdır, siz isə mənim işgəncə verənim oldunuz. Sən heç vaxt təsəvvür etmirdin ki, Eloiza dəyişilən ola bilər. O, sənə belə güclü meyl edən vaxtdan, əvvəlcədən bu qərara gəldi ki, sən ondan sonra hansı bir Zamanın gələcəyini bilmirsən. Lakin aldanma, mən sənə öz saxtalığımızı açıram, baxmayaraq özümü inandırıram ki, məni məzəmmət etmək əvəzinə,  sən sevinc yaşları axıdacaqsan. Sən biləcəksən ki, təkcə sənin Allahın Eloizanı səndən aldı. Təsəvvür edə bilərdinmi ki, hansısa bir adamın səni mənim ürəyimdən çıxarması mümkündür? Sən düşünə bilərdinmi ki, xeyirxah və oxumuş Abelyarı Allahdan başqa kimsə qurban getməli olan bir təqsirkara çevirə bilər? Allah belə böyük işə nail olmaq və ona son qoymaqdan ötəri öz imkanından istifadə etdi. Sən son məktubunu mənə göndərəndən bir neçə gün sonra mən qorxulu şəkildə xəstələndim. Həkimlər mənim öləcəyimi güman edirdilər. Mən özüm də qəti şəkildə ölümümü gözləyirdim. Bu vaxt mənim əvvəllər daim günahsız görünən ehtirasım gözümdə cinayət kimi göründü. Xatirəm həyatımın bütün son hərəkətlərini sədaqətlə mənə nümayiş etdirdi və sənə etiraf edirəm ki, mənim hiss etdiyim ağrı yalnız sənə olan məhəbbətim üçün idi. İndiyədək mənim uzaqdan gördüyüm ölüm bu vaxt mənə bir günahkara gələn kimi özünü göstərdi. Mən Allahın qəzəbindən ölümcül qorxmağa başladım. Abelyar, qısası, ağlımın əzab çəkdiyi bütün peşmançılığı təsəvvür et və o vaxt sən mənim dəyişilməyimə təəccüblənməyəcəksən.

Mən bu divarlar arasında bağlanandan sonra, bizim bədbəxtliklərimizə ağlamaqdan başqa heç nə etmirəm. Bu monastır mənim qışqırığıma səs verir və elə bil ki, bir bədbəxt adam əbədi qul olmağa məhkum edilmişdir, mən günlərimi kədərlə keçirirəm. Allahın mənim üçün mərhəmətli qaydada nəzərdə tutduğunu icra etmək əvəzinə, mən ona olan andlarımı pozuram. Mən bu müqəddəs sığınacağa dəhşətli həbsxana kimi baxıram və Allahın boyunduruğunu iradəmdən kənar qaydada daşıyıram. Tövbə həyatı ilə özümü təmizə çıxarmaq əvəzinə, mən öz məhkumluğumu möhkəmləndirirəm. Bu, necə də məhvedicidir. Lakin Abelyar, mən gözümü kor edən sarğını cırıb atmışam və əgər mən öz hissiyyatıma əsaslanmağa cəsarət etsəm, bu vaxt özümü sənin hörmətinə layiq edəcəyəm. Sən mənim artıq sevgili Abelyarım deyilsən. Bizim bədbəxtliklərimiz sənə qüsurun dəhşətini göstərdi və görünür ki, sən zərurətə hazırlıqla tabe olmusan. Sən mənim son məktublarımda hiddətimi gördün, bu, heç şübhəsiz, mənim Abelyarıma ehtiram bəsləməkdən məni məhrum edir. Sən qabaqcadan görə bilməzdin ki, Eloiza elə bir hökmranlıq edən ehtirasa qalib gələcəkdir. Lakin Abelyar, sən səhv edirsən, mərhəmətin dəstəklədiyi mənim zəifliyim heç də qəti qələbə çalmağıma mane ola bilmədi. Onda mənə hörmətini bərpa etmə, öz möminliyin sənə bunu zəmanət verəcəkdir.

Mən məhəbbətim üzərində zəfər çalmadımmı? Xoşbəxt olmayan Eloiza! Nə qədər ki, sən nəfəs alırsan, o, sənə bəyan edir ki, sən Abelyarı sevməlisən. Talesiz bədbəxt, ağla, çünki sən heç vaxt belə təsadüfə malik olmayacaqsan. Mən qəm-qüssədən ölməyə borcluyam. Mərhəmət mənə çatanda vəd etmişdim ki, ona sədaqətli olum, lakin indi mən bir daha andı pozmuşam, hətta mərhəmətin özü də Abelyara görə qurban getməkdir. Bundan sonra mən necə ümid edim ki, Allah mənə öz mərhəmət xəzinəsini açacaqdır. Çünki mən onun bağışlamasından yorulmuşam. Mən ilk dəfə Abelyarı görəndən onu incitməyə başladım. Xoşbəxt olmayan hüsn-rəğbət bizim ikimizin arasında təqsirkar məhəbbət qurdu və Allah bizi ayırmaq üçün özünün düşməni səviyyəsinə qaldırdı. Mən bizim ürəyimizə işıq salan bədbəxtliyə ağı deyirəm. Mən öz ehtirasımın sönməsini təmin etməyə borcluyam. Böyük Allah! Mən məhəbbətin zəncirlərindən nə vaxtsa azad ola bilərəmmi? Ancaq güman ki, mən ağılsız qaydada qorxuram. Abelyar, mən səni bütün andlarından azad edirəm. Sevgili və ər titullarını unut və yalnız ata titulunu saxla. Mən səndən heç nə tələb etmirəm, ancaq ruhi məsləhət və bəzi cəza umuram. Ancaq müqəddəsliyin yolu tikanlıdır, əgər sənin ardınca dolaşsam, bu qəbul edilən olduğunu göstərəcəkdir. Daim sənin arxanca getdiyimi görəcəksən. Sən indi cinayətsiz danışmayan ola bilməzsən. Sən mənim səfilliyimdə məni inkar edirsən, yoxsa mən səni qınamaq üçün hansısa bir şey etməliyəmmi? Lakin indi sən heç nədən qorxmamalısan.

(Ardı var)

 





17.07.2017    çap et  çap et