525.Az

UEFA "Beşiktaş"ın şikayətini təmin etmədi


 

UEFA "Beşiktaş"ın şikayətini təmin etmədi<b style="color:red"></b>

UEFA-nın Apelyasiya Komitəsi Türkiyənin “Beşiktaş” klubunun şikayətinə baxıb.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İtanbul təmsilçisi quruma Avropa Liqasının ötən mövsümündə “Lion”la 1/4 final oyunundan sonra cəzalandırılmasından narazılıq bildirib. Lakin Apelyasiya Komitəsi “Beşiktaş”ın şikayətini təmin etməyib. 

Qeyd edək ki, aprelin 13-də keçirilən oyundan öncə azarkeşlərin meydana kənar əşyalar, o cümlədən, fişənglər atmasına görə UEFA Türkiyə klubunu 100 min avro cərimələyib və “ağ-qaralar” 2 illik sınaq müddəti ilə avrokuboklardan 1 illik şərti kənarlaşdırıb.

 





17.07.2017    çap et  çap et