525.Az

ANAMA kollektivi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi


 

ANAMA kollektivi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi<b style="color:red"></b> Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovun başçılığı ilə qurumun kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, Agentliyin yaradılmasının 19-cu il dönümü münasibətilə ANAMA-nın kollektivi əvvəlcə Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
 
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl”in önünə əklil, şəhid məzarlarına gül dəstələri qoyulub.
 





18.07.2017    çap et  çap et