525.Az

"Türkologiya"nın yeni sayı


 

"Türkologiya"nın yeni sayı <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu "Türkologiya" beynəlxalq jurnalının 2017-ci il üçün 2-ci sayı işıq üzü görüb.

Jurnalın məsul katibi Elçin İbrahimov "Türkologiya"nın bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Almaniya, Əfqanıstan alimlərinin məqalələrinin yer aldığını bildirib.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında nəzəri məqalələr, müxtəlif mövzulu yazılar  "Klassik irs", "Heydər Əliyev-94", "Dilçilik", "Ədəbiyyat və Folklor", "Mədəniyyət və İncəsənət", "Yazılı Abidələr", eləcə də, "Türkoloji mərkəzlər", "Elmi həyat", "Personalia" rubrikalarında yer alıb.

"Türkologiya" jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur.

Şahanə MÜŞFİQ 

 





18.07.2017    çap et  çap et