525.Az

Yağış yağacaq


 

Yağış yağacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti həftə sonu gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir.
 
Mülayim şimal küləyi əsəcək. Arabir yağan yağışın günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal-küləyi əsəcək. Temperatur gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda 4-9 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.
 
Respublika ərazisində mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.  Temperatur rejimi iqlim norması daxilində olacağı gözlənilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafını və boy artmasını təmin edəcək. Gözlənilən yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına müsbət təsir edəcək.
 





17.05.2013    çap et  çap et