525.Az

Kerri türkcə danışdı


 

Kerri türkcə danışdı<b style="color:red"></b>

ABŞ dövlət katibi Con Kerri və vitse-prezidenti Cozef Bayden Dövlət Departamentində baş nazir Rəcəb Tayyib Ərdoğanın şərəfinə nahar yeməyi verib.

Kerri buradakı çıxışında vəzifədə olduğu ilk 100 gündə Türkiyədən çox ziyarət etdiyi başqa bir ölkə olmadığını deyib. Dövlət katibi "Türkiyəyə üç dəfə getdim, amma evimə hələ iki dəfə getmişəm" sözləriylə zaldakıları güldürüb.

Kerri ABŞ-Türkiyə əlaqələrinin çox güclü olduğunu vurğulayıb: "Bu gün əlaqələrimizin zorakılığıyla gözümüü qorxudanlardan daha güclü, dünyanın dörd tərəfində qarşılaşdığımız testlərdən daha qüvvətli, qollarımızın da bizi ayıran sulardan daha uzun olduğunu bir daha təsdiqləyirik".

Türkiyədə bu haqda bir atalar sözünün də olduğunu bildirən Kerri sözlərini türkcə davam etdirib: "Dağ dağa qovuşmaz, insan insana qovuşar. Bunu etmək bizdən asılıdır. Baş nazir Ərdoğan, dostluğunuz üçün təşəkkür edirik. Vaşinqtona xoş gəlmisiniz".

 





17.05.2013    çap et  çap et