525.Az

Əli Əhmədov: ”...əsas məsələ siyasi partiyaların dialoqu deyil ”


 

Əli Əhmədov: ”...əsas məsələ siyasi partiyaların dialoqu deyil ”<b style="color:red"></b>

“Partiya liderləri arasında siyasi dialoq təşkili insanları düşündürən məsələlər sırasında axırıncı yerdə dayanır”
 
 “ATƏT ayrı-ayrı dövrlərdə, xüsusilə də seçki kampaniyaları ərəfəsində siyasi partiyalarla təmaslarını genişləndirir. Bu fəaliyyəti müsbət hesab edirəm. YAP da bu təmaslardan kənarda deyil və biz ATƏT-in həyata keçirdiyi layihələrdə iştirak edirik”.
 
APA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın seçkilər ərəfəsində ölkədə siyasi partiyalar arasında dialoqun təşkili təklifinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, YAP-la digər siyasi partiyalar arasında bu və ya başqa formada dialoq həmişə davam edir: “Amma hesab etmirəm ki, YAP və digər partiyalar yalnız ATƏT-in şərtləri daxilində dialoq qurmalıdır. Ehtiyac yarandıqca, YAP digər partiyalarla istənilən mövzu ətrafında dialoq, fikir mübadiləsi aparmaqdan kənara çəkilmir. Amma indi Azərbaycanda vətəndaşlarını düşündürən əsas məsələ siyasi partiyaların dialoqu deyil. Bu məsələ bəlkə də insanları düşündürən 20-30 məsələ arasında ən axırıncı yerdə dayanır. ATƏT-in bu məsələyə xüsusi həssaslıq göstərməsinin arxasında nələrin durduğunu mən demək istəmirəm. Bu təklifin əhəmiyyətini də aşağı salmaq istəmirəm. Amma qeyd etmək istəyirəm ki, YAP üçün seçki kampaniyası ərəfəsində həlledici məsələ seçicilərlə görüşməkdir ”.

 





17.05.2013    çap et  çap et