525.Az

Türkiyə Suriya ilə niyə bu qədər yaxından maraqlanır?


 

Türkiyə Suriya ilə niyə bu qədər yaxından maraqlanır?<b style="color:red"></b>

Baş nazir Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda dövlət katibi Con Kerri və vitse-prezident Cozef Baydenin verdiyi nahar yeməyində də Suriya məsələsinə toxunub.

Ərdoğan Türkiyənin Suriya məsələsilə yaxından maraqlanma səbəbinin bölgədə sülhün təsisi olduğunu deyib:

"Gün bölgəmizdə və dünyamızda sül, tolerantlıq, əmin-amanlıq və sabitlikdən başqa heç bir məqsədin olmadığı bir dünya qurma günüdür. Məqsəd hər ölkənin ərazi bütövlüyünə hormət edərək, daxili işlərinə qarışmadan, suverenlik haqlarına müdaxilə etmədən sülhü və demokratiyanı ən güclü şəkildə təsis etməkdir. Türkiyənin Suriya məsələsinə marağı regional sülhün təsis edilməsi məqsədi daşıyır. Bölgədə istər Fələstin-İsrail, istər Suriya məsələsi Yaxın Şərqdə sülh baxımından mühümdür. Bölgədəki dramı birlikdə həll edəcəyik. Boston marafonundakı hadisələrlə bağlı necə canımız yandısa, Analar Günündə qadınlara atılan güllələr necə ürəyimizi yandırdısa, hazırda Suriyada olanlar da eynilə o şəkildə ürəyimizi yandırır".

 





17.05.2013    çap et  çap et