525.Az

19 jurnalist cütlüyü və vəfat etmiş 4 jurnalistin ailə üzvləri mənzillə təmin olundu


 

19 jurnalist cütlüyü və vəfat etmiş 4 jurnalistin ailə üzvləri mənzillə təmin olundu<b style="color:red"></b> Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin olunanlar arasında 19 jurnalist cütlüyünün ailəsi var.
 
APA-nın xəbərinə görə, mənzillə təmin olunanlardan 19 ailənin hər iki başçısı mətbuat nümayəndəsidir və hazırda KİV-də çalışır.
 
Bundan başqa, dünyasını dəyişmiş 4 jurnalistin ailəsi də yeni binada mənzillə təmin olunub.
 
Bunlar mərhum şair-rəssam Adil Mirseyidin, jurnalistlər İbrahim Bayandurlu, Əli Bayramov və Mahir Nəbilinin ailələridir.
 





19.07.2017    çap et  çap et