525.Az

Moldova parlamentinin qarşısında etirazçılarla polis arasında toqquşma


 

Moldova parlamentinin qarşısında etirazçılarla polis arasında toqquşma<b style="color:red"></b> Moldovanın paytaxtı Kişinyovda parlament qarşısında seçki sisteminə qarşı etiraz edənlər və polis arasında toqquşma baş verib
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, polis müxalifət tərəfdarlarını ərazidən sıxışdıraraq çıxarıb.
 
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və saxlanılanlar var.
 
İyulun 19-da Moldova parlamentinin daimi bürosu majoritar və proporsional seçki sistemlərinin birləşməsini nəzərdə tutan qarışıq seçki sisteminə keçidlə bağlı qanun layihəsini  parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Müxalifət partiyaları qanun layihəsinin əleyhinə çıxış edir.
 





20.07.2017    çap et  çap et