525.Az

İran Xəzərdə fövqəladə hallara çevik reaksiyaya dair sazişi ratifikasiya etdi


 

İran Xəzərdə fövqəladə hallara çevik reaksiyaya dair sazişi ratifikasiya etdi<b style="color:red"></b> İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında  Xəzər dənizində fövqəladə hallara çevik reaksiyaya dair imzalanmış saziş İran parlamenti tərəfindən ratifikasiya edilib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, saziş təbii böhranların idarə edilməsi, qarşısının alınması və Xəzər dənizində fövqəladə hallara çevik reaksiya, eləcə də yük daşımaları, xilasetmə, təlim, ekspertlərin bilik səviyyəsinin artırılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahələrini özündə əks etdirir.
 
Layihəyə parlament nümayəndələrindən 122-si lehinə, 6-sı əleyhinə  səs verib, 6 nəfər bitərəf qalıb.
 
İran parlamenti İran və Ermənistan arasında Nurduz-Mehrisərhəd sərhəd qapılarından birgə istifadəyə dair sazişi də ratifikasiya edib.
 





20.07.2017    çap et  çap et