525.Az

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı


 

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı<b style="color:red"></b>

Transanadolu qaz kəmərinin (TANAP) tikinti işləri 77,3 faiz başa çatıb.

Trend-in məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, TANAP Azərbaycan, Türkiyə və Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm layihədir.

R.Abdullayevin sözlərinə görə, boru kəmərinin inşası sürətlə davam edir: "Türkiyəyə TANAP ilə təbii qazın ilk hissəsi 2018-ci ilin birinci yarısında çatdırılacaq".

SOCAR prezidenti bildirib ki, layihənin dəyəri təqribən 8,5 milyard dollar təşkil edir.

 





20.07.2017    çap et  çap et