525.Az

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər ediləcək


 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər ediləcək<b style="color:red"></b> Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılıb.
 
APA-nın məlumatına görə, iyulun 25-də keçiriləcək sessiyanın gündəliyinə 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi,  “Toxumçuluq haqqında” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının qəbul edilməsi daxil edilib.
 





21.07.2017    çap et  çap et